Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvilinin Bakıda konsert verməsinə qarşı yerli müğənnilərin etirazları bitmir. SİA-nın məlumatına görə, prodüser Tolik günlərdir müzairə olunan ifaçının "İnstagram" səhifəsini paylaşaraq, izləyicilərindən onu şikayət etmələrini istəyib:"Gəlin bu Sosoya dərsini birinci səhifəsini bağlamaqla bildirək. Hər müsahibəsində deyir ki, "erməniylə dost olmuşam, olacam da". Onda sənin Bakıda nə işin var? Necə Bakıda konsert verəcəksən? Qorxmursan səni daşa basacaqlar? Ağıllı ol, Azərbaycan dövləti səni sənətinə görə qara siyahıdan çıxardı, demədi ki, çox danış. Müğənnilər, qorxmayın, bu şəkli paylaşın ki, şikayət çox olunsun, səhifəsi bağlansın".
Əməkdar artist Lalə Məmmədova Tolikə dəstək olaraq, "Sağ ol ki, fanatlarını belə işlərə cəlb edirsən" deyib.
Müğənni daha sonra sevənlərini S.Pavliaşvilinin səhifəsini şikayət etməyə səsləyib:"Xalqımı təhqir edən, tariximi danan, ziyalılarımı ələ salan, bacı-qardaşlarımızın qanı tökülüb, başı kəsilən torpaqlarımızda "Qarabağ ermənilərindir, bunu bütün dünya bilməlidir" deyə, bağıran birinin mənim torpağıma ayaq basmağa ixtiyarı yoxdur. Sənin xeyriyyə konsertinə qalmamışıq".
Stilist Samiraldo, müğənni Zenfira İbrahimova da S.Pavliaşvilinin səhifəsinin şəklini paylaşaraq izləyicilərini onu şikayət etməyə səsləyib.
Qeyd edək ki, S.Pavliaşvili qondarma "Dağlıq Qarabağ Respublikası"na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB