Tellli Borçalının boyunbağısını oğurlamaq istədilər

Tellli Borçalının boyunbağısını oğurlamaq istədilər

Aşıq Telliyə hücum edilib. SİA-nın məlumatına görə, o, bu barədə verilişlərin birində danışıb: "Günorta vaxtları idi. Boynumda boyunbağım var idi, qalınıydı. Yolla gedirdim, arxadan biri gəldi, boynuma əl atdı. Boyunbağı qalın idi deyə, sınmadı. Amma boynum ağrıdı. Əlimdə çantam var idi, onunla vurmağa başladım. Qışqırdım ki, neynirsən? Oğru qorxub qaçdı. Həmin hadisədən sonra məndə qorxu qalıb. Bu hadisədən sonra cangüdənlə gəzmək fikrim yoxdur (gülür)".

Aşıq ifaçısı görkəmində dəyişiklik etmək istədiyini də söyləyib: "Görnüşümdə dəyişiklik etmək istərdim. 5-6 kiloqram arıqlamağ planlaşdırıram. 56 kiloya qədər arıqlamaq fikrim yoxdur. Arıq olmaq üçün pəhriz saxlamalısan. Amma yeməyi çox sevdiyim üçün arıqlaya bilmərəm. Xörəklərdən xəngəli çox xoşlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə