Elçin:"Biznesiniz varsa, bu sənətdə nə gəzirsiniz?"

Elçin:"Biznesiniz varsa, bu sənətdə nə gəzirsiniz?"

Müğənni Elçin Hüseynov şou-biznes camisində müvəqqəti olan həmkarlarından söz açıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışaraq onları "topa" tutub: "Hansısa bir janrda mahnı oxuyanda bəzi ifaçılar da həmin janrda bəstəyə müraciət edirlər. Amma elə deyil. Hər kəsin səsinə düşən janrı olmalıdır. Bu cür müğənnilər şou-biznesdə müvəqqətidir.".

İfaçı puluna güvənib özündən razı olan həmkarlarından danışıb: "Bəzi sənətçilər var ki, biznesdən əldə etdikləri pula güvənirlər. Amma bilin ki, xalqın dəstəyi olmasa heç kimsiz. Əgər böyük biznesin varsa, bu sənətdə nə gəzirsən? Mən də özümə şəraiti müğənnilik sənətimlə etmişəm. Sahib olduğum restoranı da işimlə əlaqələndirmişəm. Biz sənətçilər ifaçılıqla milyonlar qazanmırıq. Azərbaycanlı müğənnilərin gəlir yeri toylardır".

E.Hüseynov düşmənlərindən də bəhs edib: "Əlbəttə hər kəs kimi mənim də düşmənlərim var. Arxamca danışanların Allah köməyi olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə