Hansı müğənni Xatunun verilişinə gəlməkdən imtina etdi?

Hansı müğənni Xatunun verilişinə gəlməkdən imtina etdi?

Müğənni Xatun verilişinə dəvət etdiyi həmkarından söz açıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Kişi həmkarıma zəng ediblər ki, Xatun yeni proqram açıb, gəl. Həmin kəs də deyib ki, "mən heç vaxt onun verilişinə gəlmərəm". Şokdaydım. O, kəsə demək istəyirəm ki, sana yazıqlar olmuş. Onu da qeyd edim ki, bəzi müğənnilərin ürəkdən gülməklərini, danışmaqlarını istəyirəm. Mən hamıya səmimi yanaşıram. Amma görürüm ki, qarşımdakı şəxs elə deyil. Paltarıma baxır".

"Xatun ifaçılıqdan gedir" xəbərinə də münasibət bildirib: " Necə bu sözləri demək olar? Mən müğənnilikdən getmirəm. Nə olsun ki, veriliş aparıram. Lazım olanda verilişimdə də oxuyuram. Mən ifaçılıq sənətini sevirəm. Aparıcılıq və parodiyaçılıq incəsənətin bir qoludur. Səhnədə olanda bütün problemlərimi unuduram".

Bütün xəbərlər Facebook səhifəmizdə