Aparıcımız şou-biznes nümayəndələrinə örnək oldu

Aparıcı Vüalə Kərimova bəzi şou-biznes nümayəndəsinin gileyləndiyi məsələyə toxunub. SİA-ya açıqlama verən aparıcı Məhərrəmlik ayında el şənliklərinin olmadığını deyərək, bu haldan şikayətçi olmadığını bildirib: "Bildiyiniz kimi, hazırda Məhərrəmlik ayıdır. Amma mənə bu ayın bir o qədərdə təsiri yoxdur. Çünki kanalların birində veriliş aparıram. Üstəlikdə əlavə biznesim var. 1-2 ayın problemidir. O da ötüb, keçəcək. İnsanın hər zaman həyatında durğun olan vaxtları da olur. Bu problem də çox normaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə