"Aşk laftan anlamaz"ın yayımı dayandırılıb?

"Aşk laftan anlamaz"ın yayımı dayandırılıb?

"Show TV"nin romantik komediya janrında olan serialı "Aşk laftan anlamaz"la bağlı yeni qərar verilib. Axşam.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumatına görə, Hande Erçel və Burak Denizin baş rolda oynadığı ekran işinin yayım günü dəyişdirilib. Serial çərşənbə günü "Kara sevda", "Poyraz Karayel" və "Diriliş Ertuğrul" kimi rəqiblərin qarşısında reytinqdə geriləyib. Elə buna görə də, yaradıcı heyət tək çarəni yayım gününü dəyişməkdə tapıb.


"Aşk laftan anlamaz" bundan sonra həftənin şənbə günü efirə gedəcək. Serial "Kalbimdeki Deniz", "Tatlı intikam", "Kertenkele: Yeniden doğuş" kimi ekran işləri ilə reytinq mübarizəsi aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com