Rejissor Nail Naiboğlu yaradıcılıq gecəsi keçirəcək. SİA-ya bu haqda rejissorun özü məlumat verib: "41 yaşım tamam olur. Həmin gün tanınmış simaları başıma toplayacamç. Dekabrın 19-da böyük konsert proqramı təşkil edəcəm.
Tədbir Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşəcək. "Hədiyyəm olsun" adlı konsertdə Flora Kərimova, Lalə Məmmədova, Manana, Ramal İsrafilov, Natavan Həbibi, Elnur Məmmədov, Elçin Cəfərov, Günay İbrahimli, Rüfət Axundov, rəqqasə Oksana Rəsulova, Fatimə Fətəliyeva və başqaları yer alacaqlar. Gecənin aparıcısı Zemfira Adıgözəlova olacaq. Rejissorluq işini Anar Hüseynova həvalə edəcəm. Özüm tədbiri tamaşaçı kimi zaldan izləyəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB