İlker Ayrıkın verilişi bağlandı

"Var Mısınız Yok Musunuz" verilişi reytinqlərdə geriyə düşüb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayda ən çox izlənən verilişlərdən olan, lakin yeni serial mövsümü başladıqdan sonra tamaşaçılarının böyük hissəsini itirən yarışma barədə sərt qərar qəbul edilib.

Aparıcı çətin vəziyyətdən çıxmaq üçün bir neçə həftədir məşhur müğənni və aktyorları qonaq olaraq dəvət edirdi. Lakin, bu addım da onu xilas etməyib.

Nəhayət, kanal rəhbərliyi verilişin bağlanmasını qərara alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə