Ən tünd dərili model FOTOLAR

Afrikalı model Hudiya Diop (Khoudia Diop) tünd qara bədəni sayəsində "Melanin İlahəsi" kimi məşhurlaşaraq dünyanın ən çox diqqət çəkən modelləri sırasına daxil olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Daily Mail" jurnalına müsahibə verən 19 yaşlı model, uşaqlıqda dərisinin qara olduğuna görə insanlar tərəfindən alçaldığını və çox ağladığını dilə gətirib.

"Böyüdükdən sonra kobud insanları yola verməyi bir yetkin kimi hər gün özümü daha çox sevməyi və mənfi fikirli insanları vecimə almamağı öyrəndim. Şokolad rəngində olan dərim daha məni qorxutmur, çünki bu mənəm və özümü olduğum kimi sevirəm" deyə fikirlərini izah edib.

Hazırda Nyu-yorkda yaşayan Diop, 17 yaşından modelliyə başladığını bildirib. O, internetdəki fotoları sayəsində minlərlə pərəstişkar qazandığını deyib.

"İndi insanlardan fərqləndiyim üçün sevinirəm. Bu mənə ilham verir, rəngli xanımlara da üz tutub deyirəm ki, onlar xəyal etdikləri hər şeyi əldə edə bilərlər. Fərqli olduğunuz üçün bəxtiniz gətirirsə bunu heç vaxt dəyişməyə çalışmayın" deyə, məşhur tünd rəngli model xanımlara dəstək olub.

Qeyd edək ki, "Melanin Goddess" adlı "İnstagram" səhifəsində qapqara dərisinin gözəlliyini nümayiş etdirən model 256 min pərəstişkar toplayıb.

SİA zülmət qara modelin fotolarını təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə