Rejissorumuz yeni film çəkir

Rejissor Nail Naiboğludan yeni xəbər var. SİA-ya açıqlama verən rejissor yeni film çəkdiyini bildirib: "Yeni film lentə alıram. Ekran işi komediya janrındadır. Filmdə məşhur simalar yer alıb. Aktyorları yeni çəkdiyim filmə hazırlamaq üçün mənim xahişim ilə xalq artisti Həmidə Ömərə öz öhdəsinə götürüb. Həmidə xanım aktyorların oyunculuq qabiliyyətlərinə nəzarət edəcək. Ekran işində hind sayağı sevgidən söhbət gedir. Filmin adını hələki sirr saxlayıram. Sözügedən ekran işi tezliklə tamaşaçılara təqdim olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə