Müğənni Nadir Qafarzadə vətəni tərk edir. SİA-nın məlumatına görə, o, bu barədə özü məlumat verib: "Artıq bir neçə saatdan sonra vətəndə olmayacam. 1 aylıq ayrılığın vaxtı gəlib, çatdı. Allah qoysa, qismət olsa görüşərik. Bilmirəm sizinlə də belə hallar baş verir ya yox, amma məndə belədir. Gedəcəyim yerə getmək üçün günləri sayıram. Vaxt gəlib, çatanda isə getmək istəmirəm. İndi də həmin halı yaşayıram. İnşAllah, vaxt tez gəlib, keçər vətənimə qayıdaram. Azərbaycansız yaşaya bilmərəm. Axı, Azərbaycan bizim anamızdır. Bala anadan ayrı qala bilərmi? Allah sizi qorusun, salamat qalın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB