Müğənni Günay İbrahimlinin dodağının silikon olduğu deyilir. SİA-nın məlumatına görə, ifaçı haqqında gəzən dedi-qodulara son qoymaq üçün açıqlama verib: "Bəlkə də, siz elə bilirsiz ki, mən sosial şəbəkələrdə şərhləri oxumuram, ancaq belə deyil. Bu gün ərzində rastıma "dodağına silikon qoydurub" tipli bir neçə şərh çıxdı.Siz məni kifayət qədər tanıyırsız, səmimi olduğumu yəqin ki, anlamısız. Dodağımda silikon yoxdur, heç bir dolğudan da istifadə etməmişəm. Dişlərim barədə fikir bildirənlər də var. Amma bu, doğru deyil. Mən etiraf edirəm, təkcə burnumu əməliyyat etdirmişəm. Başqa üzümlə bağlı heç bir plastik əməliyyat üçün həkimə müraciət etməmişəm. Bunun üçün sübut istəyirsiz? Sevənlərim üçün mənim kəlmələrim sübutdur, ancaq inanmayanlara da isbatlaya bilərik. Mənim sözümə inanın, şayiələrə yox. Ən gözəl həqiqət şəxsin özünün ağzından eşidilən ifadələrdir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB