Ədalət Şükürov pulsuzluqdan gileyləndi

Ədalət Şükürov pulsuzluqdan gileyləndi

Əməkdar artist Ədalət Şükürov yay mövsümündən söz açıb. SİA-nın məlumatına görə, o, bu barədə verilişlərin birində söz açıb: "Bildiyiniz kimi hər il xarici ölkələrdə qonaq oluram. Lakin bu yay mövsümündə ənənəmə sadiq qala bilmədim. Bu yay heç bir xarici ölkəyə səfər etmədim. Bakıda istirahət etdim. Çünki gəlirim az olduğu üçün vətəndən kənara gedə bilmədim. Hazırda da Məhərrəmlik ayı olduğu üçün toylar yoxdur. Ancaq səsyazma studiyasında oluram. 20 mahnını yeni aranjemanda səsləndirmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə