Məşhur müğənninin toy öncəsi nişanı qayıtdı

Məşhur müğənninin toy öncəsi nişanı qayıtdı

"Woman’s Day" jurnalının iddiasına görə, məşhur müğənni Meray Keridən ayrılan iş adamı Ceyms Packer nişanın pozulmağına sənətçinin israfçılığını səbəb gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ceymsin yaxın ətrafı xanım sənətçinin karyerasına, xüsusən də TV şousu üçün çox pul xərclədiyini və yaşadıqları həyatı bütün dünyaya nümayiş etdirmək istədiyini bildiriblər. Bu da Ceymsi narahat etdi şəklində şərh verilib.

Qeyd edək ki, yanvar ayında nişanlanan və yaxın zamanda təmtəraqlı bir mərasimlə evlənməyi planlaşdıran cütlüyün ailəsi və yaxın dostları da ayrılığı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə