Müğənni Emin Ağalarov Bakıda onun təşəbbüsü ilə Soso Pavliaşvilinin xeyriyyə konsertinin keçirilməsinə qarşı yönələn ittihamlara cavab verib. SİA-nın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: "Bu yaxınlarda Orledə konsertim bitdi və Kursk şəhərinə gəldim. Sosial şəbəkədə ünvanıma səslənən fikirlərlə, həmçinin saytlarında haqqımda yazılan məqalə ilə tanış oldum. Ünvanıma səslənən haqsız sözlər, dediklərimin təhrif olunması, əlbəttə, məni bu mövzu haqda danışmağa məcbur etdi. Öncə dərc olunan xəbərin başlığı "Emin bütün Azərbaycan xalqından üzr istədi" dən başlayaq. Bu başlığın verdiyim müsahibəyə heç aidiyyatı yoxdur. Əgər siz diqqətlə həmin müsahibəyə nəzər yetirmisinizsə, mənim dediklərimi düzgün anlayardınız. Mən orda demişəm ki, "Həmvətənlərimin təklifimi mənfi tərəfə yozduqlarına görə, Sosodan üzr istəyirəm". Mən dəvət etdiyim adamdan şəxsən üzr istədim. Qeyd etmək istəyirəm ki, (video bir daha baxmaq olar) mən Azərbaycan xalqı adından heç vaxt üzr istəməmişəm və hesab edirəm ki, buna heç bir haqqım yoxdur. Ona görə də bu başlıq həqiqəti əks etdirmir və prinsipcə jurnalist etikasına ziddir. Sosonun Bakıya gəlişini və xeyriyyə tədbirini, əlbəttə, ləğv etmək olar! Amma bir neçə vacib məsələləri qaldırmaq istəyərdim. Qeyd edəcəyəm ki, Soso Xarici İşlər Nazirliyinə məktub yazaraq, rəsmi sorğudan keçərək, bu addımı atıb. Hətta o, mənim iştirakım olmadan da Azərbaycana gələ bilər. Amma indi onun xeyriyyə konsertindən söhbət gedir. Gəlin sadəcə yaxşılığı birlikdə edək! Kim ki, kömək etmək istəmir yan keçsin. Yox, əgər, kimsə kömək etmək istəyirsə, noyabrın 30-da sizi konsertdə gözləyirik! Öz həmyerlilərinə, hər bir insana və hər fikirə hörmətlə Emin Ağalarov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB