Bu gün müğənni Miri Yusif 39 yaşını qeyd edir. SİA-nın məlumatına görə, sənətçini xoş günü münasibəti ilə ailə üzvləri ilə yanaşı sənət dostları da təbrik edib.
Qeyd edək ki, Miri Yusif 1977-ci ildə anadan olub. O, səhnə fəaliyyətinə "Dəyirman" qrupundan başlayıb. Sonradan qrupu tərk edərək Amerikaya gedib, bir neçə il orda yaşayan sənətçi iki albom çıxarıb. "Avara" və "Karma" albomları ilə populyarlıq qazanan reper son illər solo-konsertləri ilə məşhurdur. Miri Yusif daha çox öz musiqiləri ilə tanınır. Reper, demək olar ki, il ərzində bir neçə konsert verir.


.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB