Yaşar Yusubdan 3 yeni xəbər

Müğənni Yaşar Yusub yeniliyə imza atıb. SİA-ya açıqlamasında bu haqda ifaçının özü məlumat verib: "Bomba partlatmağa hazırlaşıram. Belə ki, Məhərrəmlik ayı olduğu üçün vaxtımı yaradıcılığıma ayırdım. Yeni mahnı üzərində çalışıram. Bəstə "Adı gizli qalsın" adlanır. Həmin mahnıya klip də çəkdirəcəm. Bundan başqa yeni albom hazırlayıram. Üç yeni işimi birlikdə təqdim edəcəm. İnanıram ki, gördüyüm işlər uğurlu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə