Ən çox ət yeyən və bəxşiş verən məşhurlar kimlərdir? FOTOLAR

Ən çox ət yeyən və bəxşiş verən məşhurlar kimlərdir? FOTOLAR

25 ildir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan Bakıda qonaq olub. SİA-nın məlumatına görə, tanınmış qəssab-aşpaz maraqlı açıqlamalar verib. Qəssab-aşpaz Türkiyə məşhurlarının yemək zövqündən danışıb. Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox məşhur insanlarına xidmət etdiklərini deyən C. Asan onların arasında daha çox Bülent Ersoyun fərqləndiyini deyir: "Bülent Ersoyun Türk musiqisində də öz yeri var. Yeməkdə də özünəməxsus yemək tərzi və zövqü var. Bizə gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Onun menyusunu onun damaq dadına və zövqünə uyğun hazırlayırıq. Bülent Ersoy yemək yeməyi çox sevir, yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir".

Aşpaz B. Ersoyun daim fərqli menyular, fərqli yeməklər istədiyini əlavə edir. Hər dəfə ona məxsus menyu hazırlanır. C. Asan müğənninin daha çox dana ətindən hazırlanan bonlfle və antrikot sevdiyini əlavə edir: " Ətin ən ləzzətli yeri yağlı hissəsidir, o da bunu bəyənir. Çünki ət öz yağı ilə bişdiyi üçün çox ləzzətli olur, o da bunu çox yaxşı bilir. Məsələn, gəldikdə antrikot yemək istəyirsə, mütləq antrikot olmalıdır. Antrikot yemək istəyirsə mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var".

Müştərilə arasında insandır, tərbiyəsi, hər kəslə gözəl ünsiyyət qurması ilə fərqlənənsə müğənni Murat Bozdur. C. Asan onun personalın ən sevimli müştərisi olduğunu bildirir: " Ona görə də hər zaman onun üçün ən yaxşısını hazırlayıb təqdim edirlər. O da əti çox sevir. Sənətçilərin çoxu idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc olması ət mütləqdir. Bilirsiniz ki, sənətçilər uzun müddət səhnədə dururlar, ona görə də idman və ətə ehtiyacları olduğu üçün onlardan vaz keçə bilmirlər. Ət yeməsələr hazır qidalardan ətdə olan vitaminləri almalıdırlar. Ət də təbii qida olduğu üçün onu yeyirlər".

Daha çox ət yeməkləri sevənlərdən biri də müğənni Demet Akalındır. C. Asan onun daha çox kababları, əsasən də lülə kababını sevdiyini açıqladı. Aşpaz məşhur müştərilərinin onlara kapriz etmədiyini də bildirdi: " Demet Akalına yaxşı, təmiz, düzgün, gözəl bişmiş yemək təqdim etdikdə heç vaxt problem yaratmaz. Ümumiyyətlə isə, məşhurlar bizə heç kapriz də etmirlər. Çünki biz onların, onlar da bizim nə istədiyimizi bilirik, o, biz də onlar üçün nə edə biləcəyimizi bilirik. Başqa yerə gedəndə kapriz edə bilərlər, amma bizim restoranlara gəldikdə heç vaxt kapriz etmirlər. Çünki bizə inanırlar".

C. Asan məşhurların bəxşiş vermə mövzusuna da toxunub. Onların arasında isə yenə də B. Ersoy fərqlənir: " Personala qarşı hamısı əliaçıqdır. Amma Bülent Ersoyun gündürsə, əgər özünü xoşbəxt hiss edirsə sadəcə personaldakı insanlara çox bəxşiş vermir, həm də restorandan çıxdıqdan sonra qarşısına çıxan hər kəsə pul verir".

Bütün xəbərlər Facebook səhifəmizdə