Rejissor və aktyor Özcan Dəniz Məryəm Uzərli ilə birlikdə kamera qarşısına çıxacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, yeni layihə üzərində iş birliyinə başlayan Özcan Dəniz müsahibəsində bildirib ki, Şükrü Avşarla ortaq başladığı filmin ekranlaşdırılmasını da öz üzərinə götürəcək. Sənətçinin qorxu və gərginlik janrındakı filmində Məryəm Üzərli ilə bərabər Əsli Ənvərində iştirak edəcəyi deyilir.
M.Uzərli keçən il "Sevimli Təhlükəli" filminin premyerası üçün Berlindən İstanbula gəlmişdi. Layihənin detallarını saxlayan sənətçi daha əvvəl də sınaqdan keçirilmiş bir şey edəcəklərini deyib.
Qeyd edək ki, bu günlərdə Nurgül Yeşilçayla "ikinci şans" adlı filmi nümayiş olunacaq sənətçi, 2017- ci ildə yeni "İstanbullu Gəlin" adlı filmin hazırlığına başlayacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB