Türkiyəli aktrisalar “İkimizin yerine” filmini təqdim etdilər FOTOLAR

Türkiyəli aktrisalar “İkimizin yerine” filmini təqdim etdilər FOTOLAR

Nizami Kino Mərkəzində Türkiyəli aktrisalar Serenay Sarıkaya və Zerrin Tekindor rol aldıqları "İkimizin yerine" filmini təqdim ediblər. SİA-nın məlumatına görə, gecə səs-küylü keçib. Belə ki, aktrisaları sevənlər şəkil çəkdirmək üçün növbəyə durub.

Aktrisalar filmi tamaşaçılarla birlikdə izlədikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Serenay filmin 5 həftəyə çəkildiyini bildirib.

S.Sarılkaya Azərbaycan haqda da fikirlərini bildirib: "Şəhəri çox gəzmək imkanım olmadı. Amma gördüyüm hər şeyə heyran qaldım. Azərbaycan milli yeməklərini daddım, onlara söz yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə