Davud Güloğluna 2 illik həbs tələbi...

Davud Güloğluna 2 illik həbs tələbi...

Tanınmış türk müğənnisi Davud Güloğluna 2 ilə qədər həbs tələbi ilə iddia qaldırılıb. İstanbul Baş Prokurorluğu Yenikapı ərazisində Demokratiya və Şəhidlər üçün keçirilən Mitinqə qatılmayacağını deyən, tanınmış müğənni Sıla Gencoğluna təhqiredici ifadələr işlətdiyi üçün müğənni məhkəməyə verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, çıxışından sonra bir çox konserti ləğv edilən Sıla, ötən ay İstanbul Baş Prokurorluğuna müraciət edib. D. Güloğlundan şikayətçi olan müğənni bildirib ki, bu insanlar həyatlarının heç bir dövründə demokratiya kəlməsini anmayan insanlardır. Mənfəətləri üçün belə bir şou hazırlayıblar.

Özünü müdafiə edən D.Güloğlu isə ifadəsində belə deyib:"Mən heç kimi təhqir etməmişəm. Bunu mətbuat və media işçiləri belə çatdırıb. Vətəninə xidmət etməyən s... getsin dedim. Bu sözümün də arxasındayam. Bu sözləri Sıla üzərinə götürübsə, mən nə edə bilərəm..?"

Sılanın şikayətindən sonra, Davud Güloğlunun verdiyi ifadə ekspertə göndərilib. Ekspert rəyindən sonra müğənninin ifadəsi İstanbul Baş Prokurorluğuna göndərib.

Lakin istintaqı aparan Respublika Prokuroru Ümid Təpə ekspert rəyi ilə razılaşmayıb və yenidən məhkəməyə müraciət edib.

Prokuror hazırladığı iddianamədə bildirib ki, D.Güloğlu sənətçinin şikayətindən sonra sözlərini geri götürüb və başqa açıqlama verib. Bu sözlərin tənqid haqqı və ifadə azadlığı çərçivəsindən kənar olduğunu bildirən Respublika Prokuroru, bu deyilənlərin cinayət olduğunu Avropa İnsan Hüquqları Məhkəməsi və Ali Məhkəmə də təsdiq edib.

Prokuror D.Güloğlunun mətbuat vasitəsilə işlətdiyi təhqiredici ifadələrə görə, 2 ilə qədər həbslə cəzalandırılması üçün İstanbul Cəza Məhkəməsinə şikayət ərizəsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə