Şahin Zəkizadənin müalicəsi uğurla başa çatıb

Şahin Zəkizadənin müalicəsi uğurla başa çatıb

Tibb Universitenin Tədris Cərrahiyə bölməsində xərçəngdən müalicə olunan rejissor Şahin Zəkizadənin birinci kurs müalicəsi uğula başa çatıb. Bu barədə rejissorun həyat yoldaşı Səbinə Zəkizadə məlumat verib: "Dualarınız və dəstəyiniz üçün hər kəsə minnətdaram. Allah hər şeyi ürəyinizə görə versin. Yoldaşımın 1-ci kurs müalicəsi bitdi. Analizlər götürüldü və cavablar çox sevindirici çıxdı. Bu cavab xəstəliyə bir addım da olsa qalib gəlməkdir. Şahinin xəstəliyi remesiyaya düşdü. Bilməyənlərə qısa məlumat verim ki, qan xərçəngi sümük iliyən işləyən xəstəlikdir. Allahıma şükür olsun ki, müalicə edildi və sümükiliyi təmiz çıxdı. Tək qanda qaldı. Allahın izni ilə 2-ci kurs müalicəsində də birdəfəlik təmizlənəcək. Ailəmiz adından Heydər əliyev Fonduna minnətdarlığımızı bildiririk. 2-ci kurs müalicə daha da ağır olacaq. Qarşıda işıqlı gün olacağına görə, bu qaranlıq, çətin yolu keçməliyik. Hər kəsə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə