Məhərrəmlik ayında məşhurlarımız necə dolanır? SORĞU-FOTOLAR

Məhərrəmlik ayında məşhurlarımız necə dolanır? SORĞU-FOTOLAR

Bildiyiniz kimi müğənnilər el şənliklərindən gəlir əldə edirlər. Hazırda Məhərrəmlik ayı olduğu üçün toylar yoxdur. SİA-ya şou-biznesin tanınmış simalarının bu dönəmdə necə gəlir əldə etdikləri barədə sorğu keçirib.

Tanınmışların fikirlərini təqdim edirik:

Əməkdar artist Mətanət İsgəndərli: "Məhərrəmlik ayı mənə çox təsir edir. Çünki toylardan başqa gəlirim olmadığı üçün pulum olmur. Məhərrəmlikdən öncə toylardan yığdım pulları bu ay xərcləyirəm".

Əməkdar artist Səlim Abbasov: "Məhərrəmlik ayından öncə el şənliklərindən qazandığım pulların müəyyən hissəsini xərcləməmişəm. Hazırda həmin yığıb-saxladığım pullarla dolanıram. Gündəlik ehtiyyaclarımı qarşılayıram".

Müğənni Yaşar Cəlilov: "Müğənniliklə yanaşı bizneslə də məşğul oluram. İki obyektim var. Biri gözəllik salonudu, digərini isə sirr saxlayıram. Allaha şükürlər olsun ki, toylara getməsəm belə, qazancım var".

Müğənni Kamil Cəfərov: "Bildiyiniz kimi Məhərrəmlik ayı müsəlmanların ən ağır ayıdır. Bu ayda el şənlikləri yoxdur və bu da musiqiçilərə təsir edir. İki ay ərzində gəlirimiz olmur. Müsəlman olduğumuz üçün biz sənətçilər də bu ərəfədə toylara getməməliyik. Bu vəziyyətdən qətiyyən narazı deyiləm. Məhərrəmlikdə gəlir yerim bu aydan sonra baş tutacaq toyların behləri ilə təlabatlarımı ödəyirəm. Bunu açıq şəkildə etiraf edirəm".

Rejissor Nail Naiboğlu: "Məhərrəmlik ayı olduğu üçün heç bir müğənnidən klip çəkdirmək üçün təklif almamışam. Bu ay özüm də işləmək istəmirəm. Müəyyən işlər var ki, oradan gəlir əldə edirəm".

Stilist Samiraldo: "Bildiyiniz kimi gözəllik salonlarının birində fəaliyyət göstəririəm. Artıq 2 aydır ki, salona getmirəm. Çünki müştəri yoxdur. Tələbatlarımı ödəmək üçün məkan açılışlarına gedərək pul əldə edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə