Aktyor içki içdiyi üçün nəzarətə alınıb FOTO

Aktyor içki içdiyi üçün nəzarətə alınıb FOTO

Türkiyənin Aydın bölgəsində çəkilişləri aparılan "Trendeki Yolcu’ filminin aktyorlarından biri İlyas Salman nəzarətə alınıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi ötən axşam filmin təqdimat mərasimi keçirildiyi oteldə qadağan olunmasına baxmayaraq, spirtli içki istifadə etdiyi və kobudluq yaratdığı üçün polis mərkəzinə aparılıb. İddiaya görə, polisin xəbərdarlığını nəzərə almayan və alkoqol içməyə davam edən Salman, otel işçilərinin şikayəti əsasında polis mərkəzinə gətirilib.

Filmin rejissoru Həmid Şahin bildirib ki, aktyor içki istifadəsi qadağan edildiyi yerdə alkoqol qəbul etdiyi üçün polis tərəfində təkrar saxlanılıb.

Qeyd edək ki, İlyas Salman ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə