Polis bölməsinə çağrıldığı deyilən əməkdar artistdən AÇIQLAMA

Polis bölməsinə çağrıldığı deyilən əməkdar artistdən AÇIQLAMA

Bəzi saytlarda "Əməkdar artist Səlim Abbasov yol hərəkət qaydalarını pozub" başlığı altında xəbərlər yazılıb. Bu cür məlumatın yayılmasına səbəb skripkaçının maşınında çəkdiyi və sosial şəbəkədə paylaşması olub. O, görüntüdə azyaşlı uşağı avtomobildə qabaq oturacaqda əyləşdirək onunla birgə banan yeyib, təhlükəsizlik kəmərindən istifadə etmədiyi əks olunub.

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov hadisəyə münasibət bildirib: "Təhlükəsizlik kəmərindən istifadə etməmək və azyaşlı uşağın qabaq oturacaqda əyləşməsi faktı var. Maşının hərəkət edib-etməməsi araşdırılacaq. Səlim Abbasov bölməyə dəvət olunub. Danışılıb, məsələyə aydınlıq gətiriləcək. Onun verəcəyi izzahat əsasında inzibati xəta tərkibi varsa, əməkdar artist cəzalandırılacaq".

Haqqında danışılan S.Abbasov SİA-ya açıqlama verərək avtomobili ara küçədə idarə etdiyini deyib: "Həmin videonu 8 ay bundan öncə çəkmişəm. Həmin görüntü evimin qarşısında çəkilib. Videoda qardaşımın balası ilə mənzilimin qarşısında yerləşən meyvə mağazasından banan alıb, yeyirik. Qaldı ki, polis bölməsinə çağrılmağıma mən neynəmişəm ki, məni də polis bölməsinə dəvət etsinlər? Adam öldürməmişəm, kiminsə anasını-bacısını söyməmişəm. Odur ki, haqqımda yayılan xəbərlər əsassızdır".

Bütün xəbərlər Facebook səhifəmizdə