Aparıcı: "Doğum günümdə tək olmaq istədiyim şəxs yanımda olacaq" AÇIQLAMA-FOTOLAR

Aparıcı: "Doğum günümdə tək olmaq istədiyim şəxs yanımda olacaq" AÇIQLAMA-FOTOLAR

Bu gün teleaparıcı-prodüser Vüsalə Kərimovanın ad günüdür. SİA-ya açıqlama verən Vüsalə xanım özəl günündə onu ilk təbrik edən tanınmış insandan söz açıb: "Hər il olduğu kimi, prodüserliyini etdiyim və mənim üçün özəl olan Yaşar Cəlilov hər kəsdən öncə doğum günümü təbrik etdi. Ad günümü ailəmlə birgə qeyd edəcəm. Həmin məclisdə özəl və ürəyim istədiyim insanlar olacaq. Yəni hamı bir arada olacaq. Doğum günümdə tək olmaq istədiyim də şəxs yanımda olacaq. Onu da qeyd edim ki, yeni yaşıma qədəm qoyaraq dünənə qədər "kaşki" dediyim məqamları geridə qoydum. Pis və yaxşı günlərim kitaba sıxmaz. Yeni yaşıma qədər yaxşı anlar yaşadığım günlər az deyil. Allaha şükür etdiyim günlər daha çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə