Aparıcı xanımından boşanan aktyor: "Könüllə barışmaq fikrim yoxdur" FOTO
Ötən gün verilişlərin birində maraqlı an yaşanıb. Proqramın aparıcısı Könül Muxtarovanın qonağı bir müddət əvvəl boşandığı aktyor həyat yoldaşı Elçin Məmmədli olub. Onların üz-üzə gəlməsi səs-küyə səbəb olub. Cütlüyün yenidən barışacaqları haqda iddialar irəli sürülüb.

Məsələ ilə əlaqədar olaraq aktyor Elçin Məmmədli SİA-ya açıqlama verib: " "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynli ilə bağlı çəkilən filmdə baş rolda oynadığım üçün kanalların birinə komanda şəklində dəvət aldıq. Həmin verilişin aparıcısının Könül xanım olduğunu bilmirdim. Proqrama qatıldım və yaradıcılığım haqqında danışdım. Bizim üzbə-üz gəlməyimiz barışmağımıza dəlalət daşımır. Münasibətlərimiz çoxdan bitib. Barışmaq fikrim də yoxdur. K.Muxtarovayla illər öncə rəsmən boşanmışıq. Amma qızımız İnciyə görə bəzən görüşüb, vaxt keçirdirik. Könülə bundan sonra yaltaqlıq etmək fikrim yoxdur".

Aktyor yenidən evlənmək istədiyini də dilə gətirib: "Qarşıma yaxşı xanım çıxarsa, ailə qurmağı düşünərəm. Amma hələ ki, başım yaradıcılıq işlərinə qarışıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB