Cazibədar aparıcımızdan gündəmi zəbt edəcək FOTOLAR

Cazibədar aparıcımızdan gündəmi zəbt edəcək FOTOLAR

Aparıcı Zemfira Adılgözəlova yeni fotosessiya etdirib. SİA-nın məlumatına görə, aparıcı bildirib ki, bu fotosessiya ilə uşaqlıqdan ürəyində olan arzusunu gerçəkləşdirib:"Hər zaman Mərkəzi Amerika, Meksika filmlərinə maraqla baxırdım. Orada kovboyların at çapmaları, həyatı mənə maraqlı gəlib. Uşaqlıqdan istəmişəm ki, hər hansı filmdə kovboy obrazında rol alım. Bu arzum reallaşmadığından, istədim fotosessiya ilə də olsa, özümü kovboy obrazında görüm. Bir neçə həftə atçılıq dərslərinə getdim. İstəyirdim fotolarda obrazımı tam olaraq canlandırım. Gördüyüm işə səhlənkar yanaşa bilmirəm".

Qeyd edək ki, teleaparıcının makiyajı üzərində stilist-vizajist Nura Babayeva çalışıb. Fotoların müəllifi Ruslan Teymurfulatovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə