"O Səs Türkiyə" yarışma proqramında yaşadığı çətin dəqiqələrdən sonra türk müğənnisi Hadisədən heç bir xəbər alınmadığı deyilir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış sənətçinin yaxınları iddia edib ki, Hadisə proqramda yaşadığı xoşagəlməz haldan sonra özünü evə həbs edib və heç kimlə görüşmək istəmir.
Qeyd edək ki, Müğənni "Trendyol" markasının sahibi "DSM" qrup ilə imzaladığı 500 min avroluq reklam müqaviləsini pozduğuna görə şirkət tərəfindən 250 min avro dəyərində cərimə olunub. Buna səbəb olaraq, ötən gün polislərin və icra məmurlarının "O Səs Türkiyə" proqramına gələrək borcuna qarşılıq üstündəki zinət əşyalarını almağı, müğənninin tamaşaçılar qarşısında çətin dəqiqələr yaşamağına səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB