33 yaşlı İlkin Həsəni FOTOLAR

Bu gün növbəti məşhur teleaparıcı-aktyor İlkin Həsəni doğum gününü qeyd edir. SİA-nın məlumatına görə, 33 yaşı tamam olan İlkini şou-biznesin məşhur simaları təbrik edib.

Qeyd edək ki, İlkin Həsəni 1983-cü ilin oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb.

2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperator fakültəsinə daxil olub, 2000-2001-ci illərdə foto sənətinə yiyələnib. 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb.

2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbayan Televiziyasında çalışmağa başlayıb. 106 Fm radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb, 1 ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verlişlərin aparıcısı olub.

"Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə