Təşkilatçı Humay Muxtarova yenidən aparıcı qismində tamaşaçıların qarşısına çıxacaq. SİA-ya bu haqda Humayın özü məlumat verib: "Tezliklə məni Lider TV- də aparıcı qismində görəcəksiniz. Kanalda yayımlanan anonsları izləyin, bu günlərdə həmin verilişin anonsu da gedəcək və hamı biləcək aparacağım veriliş hansıdır. Daha maqazin deyil, başqa formatda olan verilişin aparıcısı olacam. Bu format mənim üçün çox yenidir. Maqazin verilişi, ümumiyyətlə əyləncəli verilişlərin aparıcısı olmuşam. Gizlətmirəm, çox həyacanlıyam və arzum budur tamaşaçılar bu formatda məni qəbul etsinlər, sevə- sevə izləsinlər".








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB