"Bu şəhərdə" filmə çəkilir

"Bu şəhərdə" qrupu yenilik edəcək. SİA-nın məlumatına görə, bu barədə "Bu şəhərdə"nin prodüseri Müşviq Abbasov verilişlərin birində danışıb: "Heydər Əliyev Sarayında noyabrın 4-dən 8-ə qədər konsert proqramı ilə çıxış edəcəyik. Növbəti konsertimiz isə 2, 3 dekabrda Naxçıvan şəhərinin Heydər Əliyev sarayında baş tutacaq. Yaxşı bilirsiniz ki, ildə iki dəfə konsert veririk".

Müşviq komandanın film də çəkəcəklərini bildirib: "Martda konsert verdikdən sonra, fikrimiz var ki, film də çəkək. Əlimizdə bir neçə ssenari var. Hələ ki, seçim edirik. Bizim çörəyimiz, gülməkdən, zarafatdan çıxdığına görə, filmimiz komediya janrında olacaq". Aktyorlardan Rafael İsgəndərov bu dəfəki konsert zamanı parodiya edəcəkləri hədəflərdən danışıb: "Xəzər Tv-də yayımlanan bir veriliş olacaq. Adını çəkməyəcəm, sürpriz olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə