Teleaparıcı İradə İsaq şəxsi həyat yoldaşı ilə bağlı maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, aparıcı bu barədə sosial şəbəkədə yazıb: "Evlilik həyatının ilk yarım ayından sonra gəldiyim qənaət: Qurban olum Məhəmmədin şəriətinə, doğrudan da kişinin dörd arvadı olmalıdır (çox olsa da olar). Mütləq və hökmən! Kişinin bütün kaprizlərinə dözmək bir qadının işi deyilmiş. Mən bu cür qadınlara məəttələm. Qəhrəmansınız, vallah! Təklif edirəm ki, ikincisini də alsın. Əmək bölgüsü olar, birimiz corab yuyanda, birimiz yemək bişirərik. Sonra üçüncünü də alar, ona həyət süpürmək işini verərik. Bizim evdə iş elə çoxdur ki, inanmıram, o biri arvadlarla dalaşmağa vaxtımız olsun".
Qeyd edək ki, İ.İsaq sentyabrın 1-də jurnalist Yaşar İsakovla ailə qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB