Bu gün əməkdar artist Tünzalə Ağayeva 40 yaşını qeyd edir. SİA-nın məlumatına görə, müğənni ad gününü sevənləri ilə birlikdə keçirəcək. Belə ki, o, bu gün "Park Bulvar"da pərəstişkarları ilə bir araya gələcək, mahnılarını onlar üçün oxuyacaq.


Qeyd edək ki, T.Ağayeva 1976-cı ildə Tovuzda anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb.
.jpg)
.jpg)
T.Ağayeva bir dəfə ailəli olub və ayrılıb. Onun bu evlilikdən bir qız övladı var.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB