Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasındakı qalamqal daha da gərginləşir. SİA-nın məlumatına görə, Səidə həmkarının "W-trio" qrupuna onu mən gətirmişəm" sözlərinə cavab verib: "Bezdim mənasız söz-söhbətlərdən. Ay Elnarə, adımın sənlə hallanması üçün ürəyim getmir. Nəzərinə çatdırım ki, danışan, adımı çəkən sənsən. Deyirsən, mənə sən yaxınlaşıb, təklif etmisən? Yəqin bilirsən ki, sizin rəhbəriniz Vaqif Gərayzadə olub. O kişinin razılığı olmadan sən özbaşına hərəkət edə bilməzdin. Nəinki sən, heç biriniz. Bizə də gələn yəqin Röyanın ruhu idi. Məntiqlə danışaq, əgər mən "W-trio"a gəlirəmsə, qrupun repertuarını öyrənməliydim. İndi o mahnıların sözlərini mənə vermisən deyə, deməkdir ki, əlimdən tutub səhnəyə gətirmisən? Ya da mənə oxumaq öyrətmisən? Nəzərinə çatdırım ki, mən solo karyeradan başlamışam. 17 yaşım olanda Heydər Əliyev Sarayında məhz bəstəkar Esmiraldanın mənə yazdığı "Gecə yarısı" adlı mahnını oxumuşam. Mən sizin üçün yerdən çıxma müğənni deyiləm ki, çıxıb deyirsən "Səidəni mən gətirmişəm". Nəinki sən, başqası da artıq danışsa başını üzərəm. Adımı çəkmə, çəkməyim. Artıq danışma, danışmayım. Hər kəs gedib öz işi ilə məşğul olsun. Bil nə danışır, kimə sataşırsan. Özünü karifey hesab etmə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB