Xəbər verdiyimiz kimi, bu gün xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür. SİA-nın məlumatına görə, əməkdar artist Aybəniz Haşımova sənətkarı yad edərək ürək sözlərini şəxsi "İnstagram" hesabında yazıb: "20 oktyabr dünyaya gəldiyiniz gündür dahi ustadım. Siz elə bir sənətkarsınız ki, hər dinlədikcə dünyaya gələcəksiniz. Sevgisiniz, bülbül nəfəslisiniz... Mənim anamsınız, dünyaya baxışımsınız. Siz hər an gözlərimdə böyük, şah əsərsiniz. Sizin yerinizi, yerişinizi, qamətinizi, sənətə baxışınızı, o gül dodaqlarınızdan, bal səsinizdən süzülüb yayılan, aləmi nura boyayan zəngin səsinizin, ifanızın yerini heç kəs əvəz edə bilməz. Siz əbədi yanan sənət məşəlisiniz. Musiqi sənətinin əlçatmaz zirvəzi Şövkət xanım Ələkbərova".
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB