Azərbaycanlı aktrisa: "Hər kəs namus dərsini evdəkilərinə keçsin" FOTOLAR
Aktrisa Pərvin Abıyeva yenidən qalmaqallı sözləri ilə gündəmi zəbt edib. SİA-nın məlumatına görə, aktrisa açıq-saçıq geyindiyinə görə tənqid edənlərə cavab verib: "Hər kəs ağzına, əlinə sahib olsun! Dünəndən bu günə ən az 200 nəfər insanı qara siyahıya atmışam. Artıq blok etmək limitim də dolub. Mən necə geyinirəm, nə edirəm bunun heç kimə dəxli yoxdur. Hamı dindar, namuslu çıxıb. Bəs onda bu dinsiz, imansız namussuzlar kimdir? İnsanın ürəyini bulandırmayın. Bu sözü ilk və son dəfə deyirəm. Nə edirəmsə yaxşı edirəm. Heç kim mənim ağam deyil. Hər kəs namus dərsini öz evdəkilərinə keçsə yaxşı olar. Mənim 26 yaşım var, 12 yox!"










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB