Adı qalmaqallarda hallanan müğənni Səidə Sultan şou-biznes nümayəndələrini sərt şəkildə tənqid edib. SİA-nın məlumatına görə, ifaçı həmkarına məsləhət verməyi də unutmayıb: "Dövrümüzün bəzi insanları elə pis murdarlaşıblar ki, hər kəs öz keçmişini unudub. Yekə-yekə danışır, özlərini elə aparırlar elə bil bunları tanıyan yoxdur. Kiməsə rişxənd etmək istəsəm belə, birinci addımda özümü görməyi bacaran bir insanam. Kim yanımda yekəbaşlıq edib, özünü göstərmək istəsə, onu da yerində oturtmağı bacaranam. Hər kəs birinci növbədə özünü tanımalıdır. Mənim işim şou-biznesdir. Bu gün bu aləmin bəzi nümayəndələri elə böyük danışırlar ki: sənətdən, oxumaqdan, əxlaqdan, tərbiyədən, ailədən, ərindən, ərsizliyindən namusundan... Görəsən, fikirləşmirlər ki, axı məni tanıyan var. İstəyirlər ki, çıxıb yadına salasan. Çoxları da efirə çıxıb özlərini elə göstərirlər ki, bunlardan yoxdur. Ayılın da, bəsdirin artistlik etdiniz. Hamı-hamını çox gözəl tanıyır. Kim hansı məzhəbə qulluq edir və edib. Kiməsə dil uzadanda birinci öz ayıbınızı görməyə çalışın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB