Yenicə əməliyyat olunan modelyer xəstəxanadan çıxdı FOTOLAR
Xəbər verdiyimiz kimi, türk modelyer Nur Yerlitaş döş xərçəngi olduğu üçün əməliyyat olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, modelyerin çətin günlərində dostları və sənət dünyasının tanınmış simaları onu yalnız buraxmayıblar. N.Yerlitaş xəstəxana çıxışında ona dəstək olan hər kəsə təşəkkür edir və qadınların özünü yoxlatması üçün məsləhət verib.
Meneceri Stelyo Pipis məlumat verib ki, modelyerin həyati təhlükəsi yoxdur və 1 həftə sonra normal həyatına davam edəcək.
Qeyd edək ki, Nur Yerlitaş 10 gün öncə sinə kiçiltmə əməliyyatı üçün getdiyi xəstəxanada döş xərçəngi olduğunu öyrənmişdi. Erkən diaqnoz qoyulduğu üçün xəstəliyin qarşısını almaq mümkün olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB