Müğənni Elnarə Xəlilova qalmaqal yaşadığı həmkarı Səidə Sultan haqda danışıb. SİA-ya açıqlama verən ifaçı Səidənin "W-trio" qrupuna gəlməsi barədə məlumat verib: "Kimin yalan - kimin gerçək dediyini yalnız bir insan sübut edə bilər. O da Vaqif Gərayzadədir. Röya qrupdan gedəndə məhz o, mənə tapşırdı ki, Röyanın yerinə adam tapım və hazırlayım. Mən də Azərbaycanda keçirilən müsabiqələri araşdırmağa başladım. Tembr baxımından da maksimum Röyanın səsinə yaxın qız olmalı idi".
"Bakı Payızı" müsabiqəsinə gələn Elnarə Səidəni ilk dəfə orada dinlədiyini deyir. onunla tanış olaraq V. Gərayzadənin yanına aparır: "Ona yaxınlaşdım və bizim qrupda çalışmaq təklifini etdim. Bir yerdə Vaqif müəllimin yanına getdik, onları tanış etdim. Vaqif müəllim onu dinlədi və qrupa götürdü. Mənə də onunla qrupun repertuarını öyrətməyi tapşırdı. İki ay sərasər Səidə ilə məşğul oldum, onu qrupa hazırladım. Yenə də deyirəm, halal xoşu olsun. Ondan sonra Səidə "W-trio"da oxumağa başladı. Yalan ayaq tutar, amma yeriməz. Əgər mənə inanmırsınızsa gedin Vaqif müəllimdən soruşun. Bu münaqişəyə son qoyulmasını və bir daha adımın Səidənin yanında hallanmasını istəmirəm. Allah hamının ürəyinə görə versin və verir də".
Qeyd edək ki, sənətçilərin bir-biriləri yola getməmələrinə səbəb Elnarənin həmkarı Səidə Sultanın əlindən tutub səhnəyə çıxardığını deyərək qarşı tərəfi əsəbləşdirməsi olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB