"O Səs Türkiyə" yarışma proqramında münsiflər heyətinin üzvü olan Hadisə ötən gün polislərin və icra məmurunun studiyaya gəlişinə görə tamaşaçıların qarşısında çətin dəqiqələr yaşayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, türk müğənnisi 4 il əvvəl "Trendyol" markasının sahibi "DSM" qrup ilə imzaladığı 500 min avroluq reklam şirkətinə qarşı zidd davrandığı üçün 250 min avro dəyərində cərimə olunub.
İzləyicilər iddia edib ki, göz yaşı içində cəza aktını imzalayan Hadisə, proqrama geri qayıdanda sırğası və boyunbağı üstündə olmayıb. Tamaşaçılar tərəfindən şərh olunub ki, gələn polislər müğənninin borcu qarşılığında ziynət əşyalarını alıblar.
Qeyd edək ki, Hadisənin ötən yaz Bodrumda "La plaj" adlı açdığı məkan üçün də kommersanta borcu olduğu iddiaları gündəmə gəlib.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB