Mehriban Xanlarovanın qızı kimi təqdim etdiyi xanımın kimliyi ortaya çıxdı FOTOLAR

Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə sirr qalan məsələnin üstünü açıb. SİA-nın məlumatına görə, o, hamıya qızı kimi təqdim etdiyi Ayselin kim olduğunu açıqlayıb: "İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşürəm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır. Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdınız? Sadəcə, istədim sağıykən insanlar bunu məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.

İstəmirəm mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Mən bu sirri açmaqdan utanmıram, nə də heç kimdən çəkinmirəm. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək.

Bu barədə jurnalistlər məndən müsahibə almaq istəyirlər. Mənə, menecerimə zəng vururlar, amma hələ ki, müsahibə vermək istəmirəm. Səhhətimdə problemlər var. Bir az istirahət etmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə