"Gizlənpaç"ın yayımlanacağı vaxt bəlli oldu

"Gizlənpaç"ın yayımlanacağı vaxt bəlli oldu

Xəbər verdiyimiz kimi, aktyor Müşviq Şahverdiyevin "Gizlənpaç" filmi noyabrın 12-dən etibarən tamaşaçıların ixtiyarına veriləcək. SİA-nın məlumatına görə, ekran işinin qala gecəsi noyabrın 11-də Nizami Kino Mərkəzində baş tutacaq. M.Şahverdiyev bildirib ki, filmin uğur qazanacağına inanır:"Çəkilişlər zamanı çox böyük əziyyətlər çəkdik, çətinliklərlə üz-üzə gəldik, amma sonda meydana əla bir film çıxardıq. Çox iddialıyıq, gözəl filmdir. "Gizlənpaç"a ailəlikcə gəlib baxa bilərlər. Bu film mənə çox doğmadır. Digər iki filmimdən çox buna güvənirəm".

Qeyd edək ki, ekran işində M.Şahverdiyevlə yanaşı, İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov rol alıblar. Romantik komediya janrında olan filmin rejissoru Elmir Süleymanovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə