Aygün Kazımova iki xanım həmkarının qalmaqalına qarışdı

Aygün Kazımova iki xanım həmkarının qalmaqalına qarışdı

Xəbər verdiyimiz kimi, bir müddət öncə əməkdar artist Elza Seyidcahanla müğənni Şəhla Həmidova arasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, Ş.Həmidovanın "Efirdə ağlamaqla gündəmə gəlməmişəm. Acından ölsəm də, özümü sındırmaram. Elza Seyidcahan deyir ki, evini dəyiş. O imkanı, şəraiti halal pulla etmək olmur" sözləri E.Seyidcahanı özündən çıxarıb.

Müğənni qarşı tərəfin həmkarlarını təhqir etdiyini söyləyib: "Camaatı niyə təhqir edirsən? Burada sənət dostlarını təhqir etdin. Evi olan haram pulla qazanıb? Zamiqlər, Nadirlər, mən özüm zülmlə pul qazanırıq, sizin kimi müğənnilər çıxıb efirdə başqa cür danışır. Biz haram qazanırıq? Belə danışmaq olmaz. Səsin də, pulun da var, bəsdir ağladın. Ölkəmizdə sənətə dəyər verirlər".

Ş.Həmidova sözündən dönmədiyini bildirib: "Hamının fikrinə hörmətlə yanaşıram. Heç kimin yanında gözükölgəli deyiləm. Mənim qazandığım pulla nəsə etmək olmaz. Kiminsə evini yıxmaram, ayağınının altını qazmaram. Onu edənlərin evi də, maşınları da var, çox irəlidədirlər. Bu həqiqətdir".

İki xanım sənətçinin qalmaqalına xalq artisti Aygün Kazımova münasibət bildirib. O, bu barədə verilişlərin birinə telefon əlaqəsi yaradaraq fikirlərini söyləyib: "Şəhla xanımın gözəl sənəti var. Amma onun dediyi fikirlərlə razılaşmıram. Xüsusi ilə qeyd edim ki, Şəhla Həmidovanın janrı başqadır. O, necə açıq-saçıq geyinə bilər? Elza xanımın fikirlərini dinlədim. Elza xanımın sözlərini çox yaxşı qarşıladım. İnsanı geyiminə görə qiymət verməzlər. Qaldı ki, hal pul məsələsinə kim-kimin pulunu sayır? Mən bu məsələyə qarışaraq söz-söhbətlərə son qoyulmasını istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə