"Kara sevda"nın baş qəhrəmanları hələ də küsülüdür

"Kara sevda"nın baş qəhrəmanları hələ də küsülüdür

Burak Özçivitlə Neslihan Atagül arasındakı inciklik hələ də davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət öncə Neslihanla öpüşmə səhnələri haqda suallara "Kadir Doğulu dostumdur. Bizdə səhv hərəkət olmaz" cavabını verən Burakın sözlərinə Doğulu sərt reaksiya vermişdi. O, sosial şəbəkədə "Nə qədər də özünə aşiq bir adamdır. Çox təhlükəlidir" sözlərini yazmışdı.

Bu mesajdan sonra Atagüllə Burak "Kara sevda"nın çəkiliş məkanında küsülü gəzir. Bir-biri ilə danışmayan aktyorlar yaradıcı heyətə də çətin anlar yaşadır. Serialdakı aktyorlar da iki hissəyə ayrılıb. Bir qismi Burakın, digəri isə Neslihanın tərəfini saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə