Atakan Azərbaycanlı modelyerin 27 min dollarlıq təklifini qəbul etdi

Atakan Azərbaycanlı modelyerin 27 min dollarlıq təklifini qəbul etdi

"Survivor 2016"nın qalibi Atakan Arslan podiuma çıxacaq. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, kikboks və muay-tay döyüşçüsü olan Atakan Türkiyədə yaşayan azərbaycanlı modelyer Rüfət İsmayılın təklifini qəbul edib. Belə ki, o, modelyerin yeni kolleksiyasının təqdimat mərasimində səhnəyə çıxacaq. R.İsmayıl ona həmin tədbir üçün 27 min dollar təklif edib.

Qeyd edək ki, Atakan podiumda Tülin Şahin və Günay Musayeva ilə birlikdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə