Əməkdar artist Aybəniz Haşımova əməliyyat olunub. SİA-nın məlumatına görə, müğənni hazırda özünü yaxşı hiss edir: "Bu çətin ömür imtahanımda mənə dua edən hər kəsə təşəkkür edirəm. Məni bu gün sizlərə bəxş edən Allahıma və həkimlərimə "sağ ol" deyirəm. Özümü çox yaxşı hiss edirəm, hətta axşam heç kimdən kömək istəmədən ayağa qalxıb yerimişəm. İnşallah, bir neçə günə ağrılarımı tam unudaram. Əməliyyata qaldırılanda son sözüm bu oldu: mən sizi çox sevirəm, əziz xalqım".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB