Müğənninin məkanı yandı FOTOLAR

Türk müğənni Çılğın Sedatın Mersin şəhərində yerləşən gecə klubu yanıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı kluba 250 min lirə (təxminən 130 min manat) xərc çəkdiyini və çox hissəsinin borc olduğunu bildirib.

Ç.Sedat obyekt yeni olduğu üçün hələ sığorta etdirmədiyini, buna görə də itkisinin çox olduğunu söyləyib: "Çox əmək sərf etmişdim. Heç kimdən gözləntim yoxdur. Bu dəqiqə "Nəyin var?" desələr, ailəm var, Allahım var, dostlarım var… Onlar da mənə bəs edir".

Müğənni hadisədən sonra heç kim ölmədiyi üçün 2 rükət şükr namazı qıldığını da deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə