Aparıcı Günel Hümbətova görkəmində xeyli dəyişiklik edib. SİA-nın məlumatına görə, aparıcı 20 kiloqram arıqlayıb: "Bu gün səhər tərəzidəki rəqəmləri görəndən çox xoşbəxtəm. İradəmə görə özümü gözəl yeməklərlə mükafatlandırdım. Amma mədəm kiçildiyi üçün çox yemək mümkün deyil. Kök olanda da xoşbəxt idim. Hamı eyni olmaq məcburiyyətində deyil. Necəliyindən asılı olmayaraq özünü sevmək lazımdır. Güzgünün qarşısına keçib özünə xoş sözlər də deməliyik. Çünki biz qadınların əhvalı, ruh halı, xoşbəxtliyi, sevilən olması buradan başlayır. Bəs onda niyə arıqlamaq istədim? Çünki qarşıma məqsəd qoydum. Hər şeydən qədərində yeməklə arıqladım. Müxtəlif masajlar etdirdim, idmanla məşğul olmağı sevmirəm, tennis oynadım, beləcə, dərim sallanmadı və sellülitlərdən azad oldum. Hazırda isə pilateslə məşğul olmağa qərar vermişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB