Avqust ayında MTV mahnı mükafat gecəsi səhnədə çox mehriban görünən Rihanna ilə Drake birlikdə yaşadıqlarını uzun müddət mətbuatdan gizli saxlayıblar. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ötən aylarda eşq yaşadığı ortaya çıxan Rihanna ilə Drakenin sevgiləri artıq bitib. Tanınmış cütlüyün yaxınlarından biri ayrılığa səbəb tez-tez görüşə bilmədiklərini desə də, yerli mətbuat Drakenin həyatında başqa bir qadın olduğu haqda məlumat verib.
Ayrılığa səbəb kimi "İnstagram"da məşhur olan İndia Lav adlı xanımla Drakenin çox səmimi yaxın münasibətlərinin olmasını göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB